...

Qazaxıstanın Kostanay vilayətində baş verən yanğında bir nəfər ölüb

Dünya xəbərləri Materials 4 Sentyabr 2022 08:58 (UTC +04:00)
Qazaxıstanın Kostanay vilayətində baş verən yanğında bir nəfər ölüb

Bakı. Trend:

Qazaxıstanın fövqəladə hallar naziri Yuri İlyin Amankaraqayda yaşayış binalarına keçən meşə yanğınları nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə nazir bu gün keçirilən brifinq zamanı deyib.

"Yerli icra hakimiyyəti orqanları və idarələri tərəfindən vaxtında görülmüş tədbirlər nəticəsində gün ərzində yanğın təhlükəsi olan yaşayış məntəqələrindən 1800-dən çox insan təxliyə edilib. Saat 00:00-a olan məlumata görə, xəsarət alanlar və ölənlər barədə məlumat olmayıb. Bu gün səhər saatlarında Amankaraqay kəndində dağıntılar təmizlənərkən bir nəfərin ölümü aşkarlanıb", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti