...

Özbəkistanlılara ŞƏT sammiti zamanı Səmərqəndə səfərlərini təxirə salmağı tövsiyə edilib

Dünya xəbərləri Materials 5 Sentyabr 2022 08:14 (UTC +04:00)
Özbəkistanlılara ŞƏT sammiti zamanı Səmərqəndə səfərlərini təxirə salmağı tövsiyə edilib

Bakı. Trend:

Səmərqənd Daxili İşlər İdarəsi sentyabrın 14-dən 17-dək şəhərə girişin məhdudlaşdırılacağını elan edib və Səmərqəndə səfər etməyi planlaşdıranlara səfərlərini başqa günə təxirə salmağı tövsiyə edib.

Trend-in məlumata görə, bu tədbirlərin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammiti ilə əlaqədar həyata keçirildiyi bildirilir.

Bundan başqa, şəhərin 16 küçəsi avtomobillər də daxil olmaqla nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Səmərqənd hava limanı da sentyabrın 14-16-da bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti