...

Türkiyədə illik inflyasiya 80 faizi ötüb

Dünya xəbərləri Materials 5 Sentyabr 2022 11:08 (UTC +04:00)
Türkiyədə illik inflyasiya 80 faizi ötüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin avqust ayında Türkiyədə illik inflyasiya 80,21 faiz olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya iyul ayı ilə müqayisədə 1,46 faiz, ötən ilin dekabrından bəri isə 47,85 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (116,87 faiz), mebel və ev əşyaları (92,02 faiz), ərzaq (90,25 faiz) bahalaşıb.

İyul ayında illik inflyasiya 79,6 faiz təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti