...

Kolumbiyada inflyasiya əsrin əvvəlindən bəri ən yüksək həddə çatıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2022 03:16 (UTC +04:00)
Kolumbiyada inflyasiya əsrin əvvəlindən bəri ən yüksək həddə çatıb

Bakı. Trend:

Avqustda Kolumbiyada mal və xidmətlərin qiymətlərində artım illik göstəricidə 10,84%-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Statistika Departamenti bildirib.

“El Tiempo” qəzeti qeyd edib, bu, 1999-cu ilin aprelindən bəri ən yüksək göstəricidir.

Ən çox - keçən illə müqayisədə 25,57% - Cənubi Amerika ölkəsində ərzaq məhsulları və alkoqolsuz içkilər bahalaşıb. Bundan əlavə, mehmanxanada yerləşmə və restoran xidmətləri, eləcə də elektrik enerjisi və yanacağın qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti