...

Cənubi Koreyada qasırğa nəticəsində iki nəfər həlak olub

Dünya xəbərləri Materials 6 Sentyabr 2022 12:26 (UTC +04:00)
Cənubi Koreyada qasırğa nəticəsində iki nəfər həlak olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada "Hinnamnor" qasırğası ciddi fəsadlar törədib.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində azı iki nəfər həlak olub, 3,5 minə yaxın sakin yaşayış yerlərindən təxliyə olunub.

Hazırda qasırğanın ölkənin şimalına doğru hərəkət etdiyi deyilir. Küləyin sürəti saatda 204 kilometrə çatır.

"Hinnamnor" qasırğası ilə əlaqədar ölkənin bəzi bölgələrində yüzlərlə aviareys təxirə salınıb, gəmi səfərləri dayandırılıb. Eyni zamanda məktəblərdə dərslər ləğv olunub, bir sıra iş yerləri bağlanıb.

Qeyd edək ki, ötən həftə "Hinnamnor" Yaponiya və Çində ciddi fəsadlar törətmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti