...

İlin əvvəlindən "Eren" əməliyyatları çərçivəsində Türkiyədə 82 terrorçu zərərsizləşdirilib - DİN

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 04:17 (UTC +04:00)
İlin əvvəlindən "Eren" əməliyyatları çərçivəsində Türkiyədə 82 terrorçu zərərsizləşdirilib - DİN

Bakı. Trend:

"Eren" kod adlı antiterror əməliyyatlarının müxtəlif mərhələləri çərçivəsində ilin əvvəlindən Türkiyədə 82 PKK terrorçusu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, sözügedən dönəm ərzində terrorçuların 720 sığınacağı, onlarla mağarası məhv edilib.

Eyni zamanda, əməliyyatlar zamanı 144 ədəd mina və əldəqayırma partlayıcı qurğu, 275 ədəd atıcı silah, 5 ədəd idarə olunan raket, 548 ədəd əl qumbarası, 62 141 ədəd müxtəlif döyüş sursatları, 5 049 kq partlayıcı maddə, 874 detonator, 30 generator və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti