...

BMT TŞ Rusiyanın Kabildəki səfirliyi yaxınlığındakı teraktı pisləyib

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 05:01 (UTC +04:00)
BMT TŞ Rusiyanın Kabildəki səfirliyi yaxınlığındakı teraktı pisləyib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının üzvləri İŞİD terror təşkilatının qollarından birinin Kabildə Rusiyanın səfirliyi yaxınlığında törətdiyi terror aktını kəskin şəkildə pisləyiblər.

Trend xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətindən bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri 2022-ci il sentyabrın 5-də Rusiya Federasiyasının Kabildəki səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib", - deyə açıqlamada deyilir.

Qeyd edəkk ki, İŞİD-in qolu olan "Xorasandakı İslam Dövləti" tərəfindən törədilən terror aktı nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı da daxil olmaqla azı 6 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti