...

“Apple” “iPhone 14” smartfonunu təqdim edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2022 05:07 (UTC +04:00)
“Apple” “iPhone 14”  smartfonunu təqdim edib

Bakı. Trend:

“Apple” “iPhone 14” smartfonunu təqdim edib.

Trend xəbər verir ki, şirkət “iPhone 14”, “iPhone 14 Plus”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” modelləri olmaqla 4 yeni modeli təqdim edib.

Yeniliyin əsas xüsusiyyəti peyk rabitəsindən istifadə edərək SOS-siqnalı funksiyasıdır.

Şirkətdən verilən məlumata görə, istifadəçi mobil rabitə əhatəsindən kənarda olduqda, o, hələ də peyklər vasitəsilə SOS-siqnalı göndərə biləcək.

Açıqlanan məlumata görə, “iPhone 14” 799 dollardan, “iPhone 14 Plus” isə 899 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti