...

İranda "İnstagram"a giriş məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2022 21:16 (UTC +04:00)
İranda "İnstagram"a giriş məhdudlaşdırılıb

Bakı. Trend:

İranda əhalinin "İnstagram" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sosial şəbəkəyə girişin məhdudlaşdırılmasının səbəbi ölkədə davam edən etiraz aksiyaları ilə əlaqədardır.

Eyni zamanda qeyd edilir ki, ölkədə internetə qoşulmada da problemlər müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti