...

Türkiyə yeraltı anbarlarını təbii qazla tamamilə doldurdu

Dünya xəbərləri Materials 1 Oktyabr 2022 00:42 (UTC +04:00)
Türkiyə yeraltı anbarlarını təbii qazla tamamilə doldurdu

Bakı. Trend:

Türkiyə yeraltı anbarları təbii qazla dolduraraq qışa hazırlığını başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Artıq qışa son hazırlıqlar başa çatıb. Silivri və Tuz Gölüdəki yeraltı təbii qaz anbarlarımız 100% dolub", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti