...

İsraildə naməlum silahlı avtobusa atəş açıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2022 11:31 (UTC +04:00)
İsraildə naməlum silahlı avtobusa atəş açıb

Bakı. Trend:

İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

Trend xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun "Twitter" səhifəsindəkı paylaşımda deyilir.

"Bu səhər Nablus şəhəri yaxınlığında bir minik avtomobili və avtobusa silahlı hücum edilib", - deyə paylaşımda deyilir.

Məlumata əsasən, açılan atəş nəticəsində minik avtomobilinin sürücüsü yaralanıb.

Hadisə yerinə gələn hərbçilər atəş açan şəxsin və ya şəxslərin axtarışına başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti