...

Türkiyə öz maraqlarını qorumaq üçün istənilən addıma hazırdır - Ərdoğan

Dünya xəbərləri Materials 4 Oktyabr 2022 23:38 (UTC +04:00)
Türkiyə öz maraqlarını qorumaq üçün istənilən addıma hazırdır - Ərdoğan

Bakı. Trend:

Türkiyə öz maraqlarını qorumaq üçün istənilən addıma hazırdır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, müasir Türkiyə dedikdə ağıla ilk gələn təkcə iqtisadiyyat, müdafiə sənayesi və hərbi güc deyil, həm də humanitar böhranlarla bağlı prinsipial mövqe, ədalət istəyidir.

Türkiyə lideri ölkəsinin bütün dünyada fəal humanitar fəaliyyətinə diqqət çəkib. "Türkiyə insanların dəstəyə ehtiyac duyduğu hər yerə yardım əlini uzadır: Liviyadan Somaliyə, Pakistandan Ukraynaya".

Ərdoğan beynəlxalq hüququn kobud şəkildə pozulması fonunda dünya birliyinin fəaliyyətsizliyindən təəssüfləndiyini bildirib və BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması çağırışını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti