...

İranda zəlzələdə 600-ə yaxın şəxs yaralanıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 15:13 (UTC +04:00)
İranda zəlzələdə 600-ə yaxın şəxs yaralanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində indiyədək 582 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib. Onun sözlərinə görə, yaralınardan 135 nəfər xəstəxanaya yatırılıb və 5 nəfər əməliyyat olunub.

Həsən Nami əlavə edib ki, zəlzələ nəticəsində 12 kəndə ziyan dəyib, 50 ev tamamilə dağılıb, 500 mənzilə isə 20-60% aralığında ziyan dəyib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti