...

OPEC+ monitorinq komitəsi neft hasilatını 2 milyon barel/sutka azaltmağı tövsiyə edib

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 17:48 (UTC +04:00)
OPEC+ monitorinq komitəsi neft hasilatını 2 milyon barel/sutka azaltmağı tövsiyə edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

OPEC+ monitorinq komitəsi neft hasilatı kvotasını 2 milyon barel/sutka azaltmağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə məsələ monitorinq komitəsinin bugünkü iclasında müzakirə olunub.

Hasilatın azalması barədə yekun qərarın bu gün OPEC+ nazirlər komitəsinin iclasında veriləcəyi gözlənilir.

Qeyd edək ki, nazirlərin görüşü son iki ildə ilk dəfə üzbəüz formatda keçiriləcək.

Xatırladaq ki, OPEC+ ölkələri ötən ay oktyabr ayından neft hasilatı həcmini 100 min barel/sutka azaltmaq barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti