...

Yunanıstan sahillərində batan gəmidən miqrantlarin xilasetmə əməliyyatı keçirilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2022 06:48 (UTC +04:00)
Yunanıstan sahillərində batan gəmidən miqrantlarin xilasetmə əməliyyatı keçirilib

Bakı. Trend:

Yunanıstanın Kitira adasında göyərtəsində 100 miqrantın olduğu yelkənli gəminin batmasından sonra genişmiqyaslı xilasetmə əməliyyatı aparılıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Adanın sahil mühafizəsindən bildirilib ki, əməliyyatda gəmilər, şəxsi qayıqlar və bir xilasedici helikopter iştirak edib. Hadisəyə şahid olan yerli sakinlər də kömək etməyə çalışıblar.

Hakimiyyət orqanları indiyədək 7 nəfərin xilas edildiyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti