...

Bayden Şolts ilə energetika mövzusunu müzakirə edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2022 00:39 (UTC +04:00)
Bayden Şolts ilə energetika mövzusunu müzakirə edib

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyəti, həmçinin “Ukraynaya iqtisadiyyat və təhlükəsizlik sahəsində yardım göstərmək öhdəliyini” müzakirə ediblər.

Bundan əlavə, C.Bayden və O.Şolts "qlobal enerji bazarlarında baş verən son hadisələri və sabit və əlverişli enerji təchizatının təmin edilməsinin vacibliyini" müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti