Bakı. Trend:
Yaponiyanın şimalında 4,7 bal gücündə zəlzələ baş verib.
Trend bu ölkənin Milli Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.