...

Venesuelada güclü yağışlar və torpaq sürüşmələri nəticəsində onlarla insan ölüb

Dünya xəbərləri Materials 11 Oktyabr 2022 03:31 (UTC +04:00)
Venesuelada güclü yağışlar və torpaq sürüşmələri nəticəsində onlarla insan ölüb

Bakı. Trend:

Venesuelanın şimalındakı Las-Texerias şəhərində güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb, 56 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın "RTVE" televiziya və radio şirkəti bildirib.

Məlumata əsasən, güclü yağışlara görə çaylarda suyun səviyyəsi artıb ki, bu da sürüşmə və daşqınlara səbəb olub. Qeyd olunub ki, su axınları evləri və küçə mebellərini aparıb, qarşına çıxan hər şeyi məhv edib. Əkinlərə ziyan dəyib, su təchizatı kəsilib.

Ölkədə üç günlük matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti