...

Makron Putinlə təmasları davam etdirmək niyyətindədir

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 04:05 (UTC +04:00)
Makron Putinlə təmasları davam etdirmək niyyətindədir

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Rusiyalı həmkarı Vladimir Putinlə təmasları davam etdirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu E.Makron çərşənbə günü "France 2" telekanalının efirində deyib.

"Bir sülh qurmağa çalışanda, danışmaq lazımdır. Hər dəfə lazım olanda Vladimir Putinlə danışacağam. Ümid edirəm ki, bütün tərəflər tezliklə danışıqlar masasına oturacaqlar", deyə E.Makron bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti