...

Almaniyada inflyasiya rekord həddə çatıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 10:53 (UTC +04:00)
Almaniyada inflyasiya rekord həddə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada sentyabr ayında inflyasiya göstəriciləri ölkə tarixində rekord həddə çataraq illik müqayisədə 10,9 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Statistika İdarəsinin hesabatında deyilir.

Avqust ayı ilə müqayisədə isə inflyasiya 2,2 faiz artıb.

Almaniyada hesabat dövründə enerji daşıyıcıları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz, ərzaq məhsulları 18,7 faiz, xidmətlər 3,6 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti