...

Tacikistan və Qırğızıstan dövlət sərhədinin delimitasiyası üzrə fəaliyyəti aktivləşdirmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 00:37 (UTC +04:00)
Tacikistan və Qırğızıstan dövlət sərhədinin delimitasiyası üzrə fəaliyyəti aktivləşdirmək barədə razılığa gəliblər

Bakı. Trend:

Oktyabrın 13-də Astana şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Tacikistan prezidenti Emoməli Rəhmon, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov arasında birgə görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Dövlət başçıları Mərkəzi Asiyada regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişi nəzərdən keçirilib.

Yaranmış məsələlərin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti