...

Türkiyədə beynəlxalq qaz qovşağı yaradılacaq

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 13:22 (UTC +04:00)
Türkiyədə beynəlxalq qaz qovşağı yaradılacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə ən qısa müddətdə beynəlxalq qaz qovşağı yaradılacaq.

Trend-in məlumatına görə, bunu cümə günü Qazaxıstan səfərindən qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mərkəz üçün ən uyğun məkan Türkiyənin şimal-qərbindəki Trakiya bölgəsi ola bilər.

"Biz Rusiya prezidenti Vladimir Putinlə birgə müvafiq işlərin başlaması üçün energetika nazirlərimizə təlimatlar vermişik. Türkiyədə ölkədaxili qazpaylayıcı qovşaq var, amma bu beynəlxalq qovşaq olacaq. Heç bir ləngimədən söhbət gedə bilmər, müvafiq danışıqlardan sonra ən qısa zamanda işlər başlayacaq. Təhlükəsizliyin təmin olunması istiqamətində ilkin addımlar atılır", - R.T.Ərdoğan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti