Bakı. Trend:
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə şənbə günü "Global times" nəşrinin "Twitter"dəki paylaşımında deyilir.
Qeyd olunur ki, hakimiyyətin təxliyə adlandırdığı prosesin təşkilinə Çinin Ukraynadakı səfirliyi kömək edəcək.
Eyni zamanda, Çin vətəndaşlarına Ukraynanı tərk etməyi gecikdirməmək tövsiyə olunur.