...

Səudiyyə Ərəbistanı vəliəhdi Ukraynaya 400 milyon dollarlıq humanitar yardımın göndəriləcəyini açıqlayıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 08:51 (UTC +04:00)
Səudiyyə Ərəbistanı vəliəhdi Ukraynaya 400 milyon dollarlıq humanitar yardımın göndəriləcəyini açıqlayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman şənbə günü Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.

Trend rəsmi “Saudi Press” (SPA) agentliyinə istinadla xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib.

Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti