...

Britaniyada inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2022 10:29 (UTC +04:00)
Britaniyada inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada sentyabr ayında illik inflyasiya son 40 il ərzində ən yüksək həddə çataraq 10,1 faiz təşkil edib.

Trend-in çərşənbə günü məlumatına görə, bu barədə ölkənin Milli Statistika Bürosunun hesabatında deyilir.

Avqust ayında Böyük Britaniyada inflyasiya 9,9 faizə bərabər idi.

Bundan əvvəl, iyul ayında inflyasiya 10,1 faizə bərabər olmuşdu.

Qeyd edək ki, Böyük Britaniyada indiyədək qeydə alınan ən yüksək inflyasiya 1982-ci ilin martında 9,1 faiz olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti