...

Avropada təbii qazın qiyməti 950 dollardan aşağı düşüb

Dünya xəbərləri Materials 25 Oktyabr 2022 12:18 (UTC +04:00)
Avropada təbii qazın qiyməti 950 dollardan aşağı düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropada təbii qazın qiyməti iyunun əvvəlindən etibarən ilk dəfə min kubmetr üçün 950 dollar həddindən aşağı düşüb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın noyabr fyuçersləri bu gün 942 dollaradək ucuzlaşıb. Gün ərzində ucuzlaşma 6 faizdən çox təşkil edib.

Qeyd olunur ki, təbii qazın ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 93 faizdən çox dolması, eləcə də elektrik enerjisi istehsalında külək enerjisinin payının artması ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2 900 dollara yaxınlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti