...

ÜST həftə ərzində dünyada koronavirusdan ölənlərin sayının 13% azaldığını bildirib

Dünya xəbərləri Materials 27 Oktyabr 2022 01:36 (UTC +04:00)
ÜST həftə ərzində dünyada koronavirusdan ölənlərin sayının 13% azaldığını bildirib

Bakı. Trend:

Oktyabrın 17-dən 23-dək olan həftə ərzində 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 15%, ölənlərin sayı isə 13% azalıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, həftə ərzində dünyada 2 690 624 yoluxma, 8 562 ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə (10-16 oktyabr) müqayisədə yoluxmaların əhəmiyyətli dərəcədə azalması Afrikada (mənfi 41%) və Avropada (mənfi 23%) qeydə alınıb. Halbuki Amerikada yoluxma halları 2% artıb. Afrikada (72%), Avropada (24%) və Cənub-Şərqi Asiyada (13%) ölüm hallar nəzərəçarpacaq dərəcədə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti