...

Filippində qasırğa nəticəsində 31 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Oktyabr 2022 12:51 (UTC +04:00)
Filippində qasırğa nəticəsində 31 nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin Mindanao adasında "Nalci" qasırğasının yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub.

Trend-in məlumatına görə, bölgədə şiddətli yağıntılar ötən gün axşam saatlarından etibarən başlayıb.

Mindanao adasının şimalında 40-a yaxın yol və 3 körpüyə ciddi ziyan dəyib.

"Nalci" qasırğası ilə əlaqədar 5 minə yaxın sakin təxliyə olunub. Qasırğanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti