...

Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 19:08 (UTC +04:00)
Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 5 nəfər ölüb

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Əş-Şəbab” terror qruplaşmasının silahlılarının Təhsil Nazirliyinə hücumu nəticəsində azı 5 nəfər ölüb, onlarla insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Shabelle Media Network" xəbər portalı bildirib.

Məlumata əsasən, ölənlər arasında paytaxt məhələsinin polis rəisi Hodan Hüseyn Adad və tanınmış jurnalist Mohamed İsse Kona da var. Hücum terrorçuların nazirlik binası qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub.

Hazırda binanın içərisində silahlılarla təhlükəsizlik xidməti əməkdaşları arasında intensiv atışma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti