...

Somalidə partlayışlarda ölənlərin sayı 100-ə çatıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2022 08:22 (UTC +04:00)
Somalidə partlayışlarda ölənlərin sayı 100-ə çatıb

Bakı. Trend:

Oktyabrın 29-da "Əl-Şəbab" terrorçularının Moqadişonun mərkəzində Somali Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb. Daha 300 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ölkə prezidenti Həsən Şeyx Mohamudun açıqlamasına istinadən bildirib.

Qeyd eək ki, bundan əvvəl "Sky News Arabia" telekanalı xəbər verib ki, nazirliyin qarşısında terrorçu tərəfindən iki avtomobilin partladılması və bundan sonra nazirliyin binasında silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma nəticəsində 30 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti