...

Somalinin paytaxtında iki partlayış nəticəsində ölənlərin sayı 104-ə çatıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2022 22:25 (UTC +04:00)
Somalinin paytaxtında iki partlayış nəticəsində ölənlərin sayı 104-ə çatıb

Bakı. Trend:

Oktyabrın 29-da “Əş-Şəbab” silahlılarının Somalinin paytaxtı Moqadişonun mərkəzində Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 104-ə yüksəlib.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar günü paytaxtın meri Yasin Madale deyib.

"Ölənlərlə yanaşı, daha 269 nəfər yaralanıb", - deyə şəhərin meri əlavə edib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Somalinin paytaxtı Moqadişo şəhərində Təhsil Nazirliyinin binasının qarşısında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti