...

Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 23:36 (UTC +04:00)
Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, danışıq zamanı taxıl dəhlizi ilə bağlı vəziyyət, Qafqazdakı son hadisələr və "3+3" regional əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti