...

Yunanıstan sahillərində onlarla miqrantın olduğu qayıq batıb

Dünya xəbərləri Materials 1 Noyabr 2022 13:58 (UTC +04:00)
Yunanıstan sahillərində onlarla miqrantın olduğu qayıq batıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın Evbeya adası yaxınlığında qanunsuz miqrantları daşıyan qayıq batıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Yunanıstan Sahil mühafizə xidməti bildirib.

Qeyd olunur ki, qayıqda 68 nəfər olub. Son məlumatlara əsasən, hələlik 9 nəfəri xilas etmək mümkün olub.

Dənizdə güclü külək axtarış işlərinə mane olur. Bəzi yerlərdə küləyin gücü 9 baladək çatır.

Qayıqda əsasən Əfqanıstan, İran və Misirdən miqrantlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti