...

Filippində "Nalci" qasırğası 2,5 milyon insana ziyan vurub

Dünya xəbərləri Materials 1 Noyabr 2022 17:56 (UTC +04:00)
Filippində "Nalci" qasırğası 2,5 milyon insana ziyan vurub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Filippində həftəsonu günlərində tüğyan etmiş "Nalci" qasırğası ümumilikdə 2,5 milyona yaxın insana ziyan vurub.

Trend-in noyabrın 1-də verdiyi məlumata görə, qasırğadan ölənlərin sayı 112 nəfərə çatıb. 103 nəfər xəsarət alıb, 34 nəfər itkin düşmüş hesab edilir.

900 minə yaxın insan müvəqqəti sığınacaqlara yerləşdirilib. Qasırğa 7 minə yaxın yaşayış evinə ziyan vurub, 400-dən çox yol, 100-dən çox körpü dağılıb. Üç yüzə yaxın şəhərdə elektrk təchizatı kəsilib.

İnfrastruktur və kənd təsərrüfatına dəyən ziyanın məbləği 40 milyon dollara çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti