...

ABŞ taxıl dəhlizinin yenidən açılmasında göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib

Dünya xəbərləri Materials 3 Noyabr 2022 01:22 (UTC +04:00)
ABŞ taxıl dəhlizinin yenidən açılmasında göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə XİN-in açıqlamasında deyilir.

Məlumata əsasən, telefon danışığı zamanı nazirlər Ukraynadakı son hadisələri, xüsusilə taxıl dəhlizi problemini müzakirə ediblər. M.Çavuşoğlu E.Blinkenə Türkiyənin taxıl sazişinin problemsiz davam etməsi üçün atdığı təşəbbüslər barədə məlumat verib. ABŞ dövlət katibi Türkiyənin təşəbbüsləri nəticəsində dəhlizin bərpasına görə təşəkkür edib.

Nazirlər həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin F-16 parkının modernləşdirilməsini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti