...

İtaliyada helikopter qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 5 Noyabr 2022 21:10 (UTC +04:00)
İtaliyada helikopter qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

İtaliyanın Foca şəhərində helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü "Il Messaggero" qəzeti məlumat yayıb.

Məlumata əsasən, helikopterin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 7 nəfər həlak olub. Həlak olanlardan 5-i bir ailənin üzvü olan sloveniyalı turistlər, biri pilot, biri isə həkim olub.

Bildirilir ki, helikopter Tremiti adalarından havaya qalxıb. Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti