...

Türkiyənin XİN rəhbəri BƏƏ-də bir sıra görüşlər keçirib

Dünya xəbərləri Materials 6 Noyabr 2022 00:28 (UTC +04:00)
Türkiyənin XİN rəhbəri BƏƏ-də bir sıra görüşlər keçirib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində xarici həmkarları ilə bir sıra görüşlər keçirib.

Trend xəbər verir ki, bu barədə şənbə günü nazir özünün "Twitter" səhifəsində yazıb.

M.Çavuşoğlu Efiopiyanın baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen, İordaniyanın xarici işlər naziri Ayman Safadi və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşüb.

"Əbu-Dabidə efiopiyalı həmkarımız Demeke Mekonnen ilə söhbət etdik. Efiopiyada münaqişəyə son qoyan atəşkəs razılaşmasından məmnunluq ifadə edildi", - deyə M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri ilə görüşdə regional hadisələr, o cümlədən Ukrayna və Şərqi Aralıq dənizi məsələsi müzakirə olunub.

"Sir Bani Yas" forumu çərçivəsində İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə ikitərəfli əməkdaşlıq və Fələstin xalqının vəziyyətini müzakirə etdik", - deyə XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti