...

Evbeya adası yaxınlığında qayığın batması nəticəsində ölən miqrantların sayı 26-ya çatıb

Dünya xəbərləri Materials 6 Noyabr 2022 06:15 (UTC +04:00)
Evbeya adası yaxınlığında qayığın batması nəticəsində ölən miqrantların sayı 26-ya çatıb

Bakı. Trend:

Yunanıstanın Evbeya adası sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü "Skai TV" telekanalı məlumat yayıb.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatı nəticəsində ümumilikdə 12 miqrant xilas edilib. Qayığın göyərtəsində 68 miqrantın olduğu bildirilir.

Miqrantlar Əfqanıstan, Misir və İran vətəndaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti