...

İndoneziyada ABŞ və Çin liderlərinin görüşü üç saatdan çox davam edib

Dünya xəbərləri Materials 14 Noyabr 2022 17:25 (UTC +04:00)
İndoneziyada ABŞ və Çin liderlərinin görüşü üç saatdan çox davam edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Bali adasında ABŞ prezidenti Co Baydenlə Çinin rəhbəri Si Cinpin arasında görüş başa çatıb.

Trend-in məlumatına görə, görüş təxminən 3,5 saat davam edib.

Qeyd edək ki, bu, liderlərin ilk üzbəüz görüşü olub. C.Bayden ABŞ prezidenti seçildikdən sonra tərəflər arasında beş dəfə telefon danışığı keçirilib.

Sonuncu dəfə onlar arasında sentyabr ayında danışıq keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti