...

Rusiyanın NATO-ya hücum etməsinə dair hər hansı bir işarə yoxdur - NATO Baş Katibi

Dünya xəbərləri Materials 16 Noyabr 2022 17:05 (UTC +04:00)
Rusiyanın NATO-ya hücum etməsinə dair hər hansı bir işarə yoxdur - NATO Baş Katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əlimizdə olan sübutlar bunun qəsdən edilən hücum olmadığını göstərir. Rusiyanın hər hansı bir şəkildə NATO-ya hücum etməyə hazırlaşdığına dair heç bir işarə yoxdur.

Trend-in məlumatına görə, bunu çərşənbə günü NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı keçirilən iclasdan sonra mətbuat konfransında deyib.

"Polşadakı partlayışa böyük ehtimal Ukraynanın hava hücumundan müdafiə sisteminin raketi səbəb olub, lakin bu, Ukraynanın günahı deyil. Rusiya bu mənasız müharibəni dayandırmalıdır. Bu hadisə Ukraynada müharibənin nə qədər təhlükəli olduğunu göstərdi", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Polşanın Pşevoduv kəndi ərazisinə raket düşüb. Hadisə nəticəsində 2 Polşa vətəndaşı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti