...

"Taxıl sazişi"nin müddəti 120 gün uzadılır

Dünya xəbərləri Materials 17 Noyabr 2022 11:49 (UTC +04:00)
"Taxıl sazişi"nin müddəti 120 gün uzadılır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna limanlarından taxılın daşınması ilə bağlı "taxıl sazişi"nin müddəti daha 120 gün uzadılır.

Trend-in məlumatına görə, bunu bu gün Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov elan edib.

Qeyd olunub ki, "taxıl dəhlizi"nin fəaliyyəti mövcud şərtlər əsasında uzadılacaq.

Xatırladaq ki, "taxıl dəhlizi" bu ilin avqustunda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.

Bu günədək dəhliz vasitəsilə Ukrayna limanlarından 10 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti