...

Ərdoğan taxıl sazişinin uzadılması ilə bağlı razılığa gələn tərəflərə təşəkkür edib

Dünya xəbərləri Materials 17 Noyabr 2022 13:34 (UTC +04:00)
Ərdoğan taxıl sazişinin uzadılması ilə bağlı razılığa gələn tərəflərə təşəkkür edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Taxıl sazişi 120 gün müddətinə uzadılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bildirib.

O qeyd edib ki, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb.

“Geridə qoyduğumuz 4 aylıq dövrdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl və qida məhsullarının ehtiyac sahiblərinə çatdırılması bu razılaşmanın dünyanın qida təchizatı və təhlükəsizliyi üçün nə qədər önəmli və faydalı olduğunu açıq şəkildə göstərib. Razılaşmanın uzadılması üçün iradə nümayiş etdirən Birləşmiş Millətlər Təşkilatına, Baş katib cənab Quterreşə, Rusiya Prezidenti cənab Putinə və Ukrayna dövlət başçısı cənab Zelenskiyə təşəkkür edirəm, zəhməti keçən hər kəsi təbrik edirəm”,- deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti