...

Çində koronavirusa yoluxma hallarının sayına görə anti-rekord qeydə alınıb

Dünya xəbərləri Materials 26 Noyabr 2022 07:20 (UTC +04:00)
Çində koronavirusa yoluxma hallarının sayına görə anti-rekord qeydə alınıb

Bakı. Trend:

Son 24 saat ərzində Çində 35,000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin şənbə günü dərc etdiyi məlumat sübut edir.

Çində yoluxma artımı bir həftə əvvəl (gündə 24,4 min hadisə) ilə müqayisədə təxminən 43% yüksək olub.

Bu, oktyabrın 26-sı ilə müqayisədə 25 dəfə çoxdur (təxminən 1,4 min hadisə).

Çində hal-hazırda tibbi nəzarət altında olan yoluxmuşların 91%-dən çoxu asemptomatik daşıyıcıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti