...

Amerikalılar "Qara cümə"də onlayn alış-verişə rekord miqdarda pul xərcləyiblər

Dünya xəbərləri Materials 27 Noyabr 2022 05:03 (UTC +04:00)
Amerikalılar "Qara cümə"də onlayn alış-verişə rekord miqdarda pul xərcləyiblər

Bakı. Trend:

ABŞ-da istehlakçılar bu il "Qara cümə"də onlayn alış-verişə 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekorddur.

Trend xəbər verir ki, bu barədə şənbə günü "CNBC" telekanalı məlumat yayıb.

Məlumata əsasən, həmin gün ümumi onlayn satışlar illik müqayisədə 2,3% artıb, xüsusən də elektronika sektorunda: bu məhsulların onlayn satışı oktyabr ayı ilə müqayisədə 221% artıb. Digər populyar kateqoriya isə oyuncaqlar olub, satışlar 285%, fitnes avadanlığının isə 218% artıb.

Eyni zamanda qeyd edilib ki, lakin bahalaşma və inflyasiya səbəbindən bir çox alıcı hissə-hissə ödəmə təklifini qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti