...

Apple, demək olar ki, "Twitter"də reklamını dayandırıb - Mask

Dünya xəbərləri Materials 28 Noyabr 2022 23:18 (UTC +04:00)
Apple, demək olar ki, "Twitter"də reklamını dayandırıb - Mask

Bakı. Trend:

"Apple" şirkəti "Twitter" sosial şəbəkəsində reklamını demək olar ki, tamamilə dayandırıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi özünün "Twitter" səhifəsində sosial şəbəkənin sahibi İlon Mask yazıb.

"Apple" əsasən "Twitter"də reklamı dayandırıb. Amerikada söz azadlığına nifrət edilirmi?", - deyə İ.Mask bildirib.

Xatırladaq ki, noyabrın 27-də “Financial Times” aparıcı reklam agentliklərinin əməkdaşlarına istinadən yazıb ki, demək olar ki, bütün əsas qlobal brendlər “Twitter”də reklamını müvəqqəti dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti