...

Venesuela və Kolumbiya sərhədlərini tam açır

Dünya xəbərləri Materials 13 Dekabr 2022 10:45 (UTC +04:00)
Venesuela və Kolumbiya sərhədlərini tam açır

Bakı. Trend:

Venesuela və Kolumbiya şəxsi nəqliyyat vasitələri ilə gediş-gəliş də daxil olmaqla, yanvarın 1-dən quru sərhədini tam açacaq.

Trend xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro Tvitter hesabında yazıb.

“2023-cü il yanvarın 1-dən biz Kolumbiya ilə Venesuela arasındakı sərhədi tamamilə açacağıq. Bu, xalqlarımız üçün böyük hədiyyə olacaq. Prezident Petro ilə birlikdə vəd verdiyimiz hər şeyi yerinə yetirəcəyik”, - deyə Maduro bildirib.

Qeyd edək ki, ölkələr sentyabrın 26-da quru sərhədin açıldığını elan etsələr də, lakin hələlik sərhəddən yalnız piyadalar və yük maşınları keçə bilirdi.

İki ölkə arasındakı quru sərhədi 2015-ci ildə Karakasın qərarı ilə nəqliyyat üçün bağlanıb. 2020-ci ilin martında isə ölkələr pandemiya səbəbindən sərhəd keçidlərini tamamilə bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti