...

İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır

Dünya xəbərləri Materials 1 Mart 2024 00:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan əhəmiyyətli miqdarda məlumat alıb və hazırda bu məlumatlardan tunelləri və təşkilatın əsas mərkəzlərini məhv etmək üçün istifadə olunur. O, həmçinin qeyd edib ki, HƏMAS-ın yeraltı tunel sistemi ozləri üçün tələyə çevrilir.

Xəbər lenti

Xəbər lenti