...

BMT Təhlükəsizlik Şurasına sədrlik Yaponiyaya keçib

Dünya xəbərləri Materials 2 Mart 2024 05:50 (UTC +04:00)

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Qayanadan Yaponiyaya keçib.

Trend xəbər verir ki, Yaponiya mart ayından BMT TŞ-yə sədrlik edəcək.

Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Yamazaki Kazuyuki ölkəsinin mart ayında həyata keçirəcəyi fəaliyyətlərlə bağlı BMT-nin mənzil-qərargahında jurnalistlərə məlumat verib.

Y.Kazuyuki Yaponiyanın bu ay BMT TŞ-yə sədrliyi dövründə nüvə silahları və sülhməramlılarla bağlı məsələləri diqqətdə saxlayacağını, habelə Yaxın Şərqdə davam edən münaqişənin TŞ-nin gündəmində olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti