Bakı. Trend:
Finlandiya müdafiə sənayesi sursat istehsalını artırmaq üçün Avropa İttifaqından (Aİ) 32,5 milyon avro dəyərində maliyyə vəsaiti alıb.
Trend xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Finlandiya əvvəlcə Aİ-dən 24 milyon avro istəmişdi, ancaq tələb olunan məbləğdən artıq vəsait alıb.