...

Paşinyan Moskvaya gedəcək - KİV

Dünya xəbərləri Materials 22 Mart 2024 12:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya gedəcək.

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi Birliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley sammitində iştirak edəcək. Lakin Ermənistan baş nazirinin 9 May Qələbə bayramına həsr olunmuş illik tədbirlərdə iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.

"Ermənistan-Rusiya münasibətlərinin hazırki vəziyyətinə baxsaq, bu ağlabatan deyil", - deyə nəşr yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti